SON XƏBƏRLƏR

Lənkəran rayonu Zövlə kənd orta məktəbinin qarşısında ağacları kəsən şəxs cərimələndi. Bu haqda məlumatı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti paylaşıb.

“Araşdırma zamanı ağacların vətəndaş Tələt Cabbarov tərəfindən qanunsuz və düzgün budanmadığı aşkar olunub. Faktla bağlı akt, protokol tərtib edilib və təqsirkar şəxs 1800 manat məbləğində cərimələnib”- Regional Ekologiya İdarəsinin rəisi Şakir Quliyev bildirib.

Həmçinin, ağaclara qulluq göstərilməsi məqsədilə məktəbin direktoruna göstəriş verilib.

Qeyd edək ki, ağacların kəsilməsi ilə bağlı Cenublu.az məlumat yaymışdı.