SON XƏBƏRLƏR

Lənkəran rayonu Sütəmurdov kəndində bir ağac evin hasarına aşıb. Bu haqda məlumat bu gün, 19 oktyabr tarixində Cenublu.az-a daxil olub.

Belə ki, sakinin sözlərinə görə, ağacın içi çürük olduğundan o, ağırlığa dözməyərək aşıb. “Ağac aşarkən hasara və yardımçı tikilinin dam örtüyünə ziyan vurub. Həmçinin meşə yolunun kəsərək, gediş-gəlişə maneə törədib. Neçə gün keçməsinə baxmayaraq hələ də heç bir tədbir görülməyib” – deyə sakin qeyd edib.

Qeyd edək ki, oxşar hadisə Lənkəran şəhərində də baş vermişdir. Ağacın kəsilməsi nəticəsində piyada yoluna ciddi ziyan dəymişdir. Lakin problem tez bir zamanda öz həllini tapdı.