SON XƏBƏRLƏR

Bu gün 9 noyabr tarixində şəhidlərimiz Vüsal Hüseynov, Mirxəyal Kərimzadə və Tural Hümmətovun ölümündən bir il keçir. Bu haqda məlumatı Cenublu.az verib.

Vüsal Hüseynov 10 iyun 2001-ci ildə Lənkəran rayonunun Velədi kəndində anadan olub. Şəhər 8 nömrəli orta məktəbdə, daha sonra isə Lənkəran Texniki Kollecində sürücü-mexanik ixtisası üzrə təhsil alıb. 19 yaşında Zəngilan döyüşlərində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Mirxəyal Kərimzadə 10 yanvar 1999-cu ildə Lənkəran şəhərində anadan olub. Orta təhsilini Lənkəran şəhər 7 və 9 saylı tam orta məktəbində alıb. Son zəngində “Ana, mən şəhid oldum” mahnısını ifa edib. Vətən müharibəsi zamanı 3 noyabr tarixində Xocavənd uğrunda gedən döyüşlərdə yaralanmış komandirini və bir neçə döyüş yoldaşını döyüş meydanından çıxararaq onlara ilk tibbi yardım göstərir və  üst geyimini çıxararaq yaralı komandirinin üstünə atır, onun həyatını xilas edir və yenidən döyüşə davam edir. Bir neçə dəqiqə sonra düşmən tərəfindən açılan atəş Mirxəyalın qarın boşluğuna dəyir və o, qəhrəmancasına şəhid olur. Şəhidimizin nəşi 9 noyabr tarixində Lənkəranda dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətə görə” medalları ilə təltif edilib.

Tural Hümmətov 20 may 1998-ci ildə Lənkəran rayonu Tatova kəndində anadan olub. Məktəbi bitirdikdən sonra Lənkəran Mədəniyyət Mərkəzində Xəzər kompüter mərkəzinin müəllimi vəzifəsində çalışıb. Vətən müharibəsi zamanı Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Atası Rövşən Hümmətov oğlunun şəhid olması xəbərinə dözməyərək noyabrın 30-da dünyasını dəyişib. Olümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər