SON XƏBƏRLƏR

3 oktyabr günorta saatlarında Lənkəran şəhərində yanğın baş verib. Bu haqda məlumat Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında verilib.

Yanğın köməkçi tikilinin taxta konstruksiyalardan ibarət olan dam örtüyündə baş verib. Ümumi sahəsi 24 kv.m olan tikilinin 6 kv.m sahəsi yanıb. Qalan hissə yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.