SON XƏBƏRLƏR

Lənkəran rayonunda yerləşən 800 şagird yerlik təhsil müəssisəsinin təmirə ehtiyacı var. Bu haqda məlumat bu gün, 6 yanvar tarixində APA-da paylaşılıb.

Aşağı Nüvədi qəsəbəsində yerləşən məktəb binası 1976-ci ildə tikilib və o vaxtdan əsaslı təmir olunmayıb. Nəticədə bina köhnəlib və divarları çatlayıb, pəncərələrdə sınıqlar var. Qeyd olunur ki, bəzi otaqlar yarasız halda olduğundan, onlarda dərs keçirilmir.

“Hal-hazırda bu məktəbdə mənim 2 övladım təhsil alır. Burada istilik sistemi yoxdur, məktəbin daxili çox soyuq olur. Mən də bir valideyn kimi istərdim ki, məktəb daxilində istilik sistemi olsun. İstilik sistemi olsa, övladlarımız üçün daha da yaxşı olacaq”, – deyə valideyn qeyd edib.

Təhsil ocağının şagirdləri vurğulayıblar ki, siniflər soba istilik sistemi ilə isidilsə də, onlar da digər uşaqlar kimi təmirli məktəbdə təhsil almaq istəyirlər. Təmirsiz olan məktəbdə 529 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 72 müəllim məşğul olur.

APA əməkdaşları Lənkəran Şəhər Təhsil Şöbəsinə müraciət ediblər. Cavab olaraq şöbənin müdir müavini Nəsir Əkbərov bildirib ki, məktəb binasının 2023-cü ilə qədər əsaslı təmiri nəzərdə tutulub.