SON XƏBƏRLƏR

Lənkəranın Zövlə kəndində 5 yaşlı uşağın ölümü ilə nəticələnən qəza hadisəsi baş verib.

Sürücü 44-BM-245 dövlət qeydiyyat nişanlı, “VAZ 2105” markalı avtomobili ilə 5 yaşlı Musa Mirzəzadəni vurub. Hadisə Musa mağazadan özünə şiriniyyat alıb çıxanda baş verib. Masallı rayonu Əzizabad kənd sakini 29 yaşlı sürücü Miriş Mirişli uşağı xəstəxanaya çatdırıb. Lakin həkimlərin səyinə baxmayaraq Musa dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.