Lənkəranda beş restoran karantin qaydalarını pozduqlarına görə cərimələniblər. Bu haqda 3 avqust tarixində Azərtac xəbər verib.
Məlumata əsasən, “Şah Sarayı”, “Amin”, “Aydan” şadlıq sarayları, “Şəlalə” və “Karnaval” istirahət mərkəzlərində toylar “icaze.e-gov.az” portalında qeydiyyata düşmədən və qonaq sayının normadan artıq olmasına baxmayaraq keçirilib.
Həmin obyektlərin sahibləri İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə olunublar.
İyulun 1-dən Lənkəran rayonu ərazisində karantin rejiminin pozulması ilə bağlı 42 nəfər məkan sahibi cərimə olunub. Onlardan 3 nəfər barəsində isə cinayət işi başlanılıb.