SON XƏBƏRLƏR

Lənkəran şəhəri 16-cı məhəllədə 46 yaşlı kişi yanıq xəsarətləri ilə evdə huşsuz vəziyyətdə aşkar olunub. Bu haqda məlumatı Bizim.media saytı verib.

Belə ki, evdən tüstü və kəskin qoxu hiss edən qonşular aidiyyəti üzrə məlumat veriblər. Hadisə yerinə gələn Təcili Tibbi Yardım əməkdaşları 46 yaşlı Fuad Zakir oğlu Cəfərovu huşsuz vəziyyətdə aşkar ediblər.

O, dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onun bədən səthinin yandığı və termiki şok keçirdiyi məlum olub.

Reanimasiya şöbəsinə yerləşdirilən F.Cəfərovun vəziyyətinin ağır olduğu bildirilir.