SON XƏBƏRLƏR

Lənkəran rayon polis idarəsi əməkdaşları iyulun 27-si toylarda reyd keçirib. Nəticədə 378 nəfər tədbirlərə buraxılmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Lənkəran regional qrupundan verilən məlumata görə, şadlıq evi rəhbərlərinə karantin qaydaları ilə bağlı xatırlatma ediblər. Şadlıq saraylarında keçirilən mərasimlər zamanı qonaqların “COVID-19” pasportları yoxlanılıb. Lənkəranda son iki gün ərzində 378 şəxs “COVID-19” pasportu olmadığına görə toy məclislərinə buraxılmayıb.

Vaksinasiyadan keçməyən şəxslərlə profilaktiki söhbətlər aparılıb. Mövcud qaydalara riayət etmələrinin vacibliyi çatdırıblar.