SON XƏBƏRLƏR

Lənkəranda 13 nəfər narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarına görə saxlanılıblar. Bu haqda məlumat bu gün, 12 oktyabr tarixində Report.az-da paylaşılıb.

Lənkəran Şəhər Rayon Polis şöbəsinin apardığı əməliyyat-axtarış nəticəsində rayon sakinləri E.Nəsirov, C.Rzazadə, F.Hadıyev, X.Qubadov, C.Nəcəfov, Ş.Hüseynov, Ə.Əliyev, R.Musayev, İ.Həsənov, R.Bağırov, X.Qasımov, Ş.Əzimov və qardaşı F.Əzimov saxlanılıblar.

Polis əməkdaşlarının şəxsi axtarışı zamanı, onların üzərindən heroin, metamfetamin “patı” və elektron tərəzi tapılaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.