SON XƏBƏRLƏR

Lənkəran rayonunda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 12 nəfər saxlanılıb. Bu haqda məlumatı bu gün, 15 noyabr tarixində Report verib.

Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının apardığı  əməliyyat-axtarış tədbirləri nəticəsində S.Rəhmanlının üzərində heroin aşkar edilərək götürülüb. Onun narkotik vasitəsini X.Əzimovdan aldığı müəyyən edilib. Şəxsi axtarış zamanı X.Əzimovun üzərindən 38 qramdan artıq heroin tapılıb. O, isə öz növbəsində maddəni V.Qurbanovdan aldığını qeyd edib. Axtarış zamanı ondan 61 qramdan artıq heroin, 11 qramdan artıq psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanıb.

Həmçinin, narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən daha 9 nəfər – Z.Novruzov, Z.Əliyev, C.Bəşirov, N.Ağayev, V.Əlizadə, T.Yusubzadə, Ü.Rəhimli, M.Əbilov, F.Məmmədov saxlanılıblar. Axtarış zamanı onlardan hazır bükümlərdə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.