SON XƏBƏRLƏR

Lənkəranda yanğın hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 10 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında paylaşılıb.

Şəhərin Aşağı Nüvədi qəsəbəsində ümumi sahəsi 60 kv.m olan birmərtəbəli ev yanıb. 2 otaq və aynabənddən ibarət olan evdə 12 kv.m evin içi və 15 kv.m evin dam örtüyü kül olub.

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, Aşağı Nüvədi qəsəbəsində bu gün 2-ci yanğın hadisəsi qeydə alınıb.