SON XƏBƏRLƏR

Külək nəticəsində “Lən­kəran” sərhəd dəstəsinin xidməti sahəsinə düşən bayraq İrana təhvil verilib. Bu haqda bu gün, 2 fevral tarixində Cenublu.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir.

1 fevral tarixində “Lən­kəran” sərhəd dəstəsinin xidməti sahəsinə düşən İran İslam Respublikasının (İİR) dövlət bayrağı tapılıb. Bayrağın tapılması ilə bağlı dəstə əməkdaşları sərhəd nümayəndəliyi xətti ilə İran sərhəd mühafizə orqanlarını dərhal məlumat­lan­dırıblar.

2 fevral tarixində dövlət bayrağı zəruri qaydalara riayət olunmaqla İran sərhədçilərinə təhvil verilib.