SON XƏBƏRLƏR

Lənkəranda “Biznes-planın hazırlanması” mövzusunda maarifləndirici təlim təşkil olunacaq. Bu haqda bu gün, 23 may tarixində Cenublu.az Lənkəran KOBİM-ə istinadən xəbər verir.

25 may saat 15:00-da baş tutacaq təlimdə Lənkəran KOBİM-in peşəkar eksperti Firdovsi Axundov aşağıdakı mövzulardan danışacaq:

  • Biznes-plan anlayışı və ümumi strukturu;
  • Biznes-ideyanın yaranması;
  • Biznes-planın xülasəsi – Sahibkarlıq subyekti haqqında qısa məlumat;
  • Təşkilati planın hazırlanması;
  • Bazarın araşdırılması;
  • Maliyyə planının hazırlanması və analizi;
  • Layihə risklərinin qiymətləndirilməsi.

Təlimdə iştirak etmək üçün (+994) 77 332 57 76 nömrəsi ilə əlaqə saxlaya və ya l[email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

 

Müstəqillik günü
Tarixi faktlar və şəxslər

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

Bu gün Azərbaycanda Müstəqillik Gününün qeyd edilməsi 28 may 1918-ci ildə yaranan müsəlman şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə bağlıdır. 27 may 1918-ci ildə Müsəlman