Lənkəranda biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlər təşkil olunub. Bu haqda bu gün, 11 may tarixində Cenublu.az Lənkəran KOBİM-ə istinadən xəbər verir.
KOBİM tərəfindən gənc sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün “Biznes planın hazırlanması” və “Öz biznesinə başla” mövzularında növbəti maarifləndirici təlimlər keçirilib.
Təlimlərdə 10 nəfər sahibkar və biznesə yeni başlamaq istəyən şəxs iştirak edib. Lənkəran KOBİM-in peşəkar eksperti tərəfindən həyata keçirilən təlimlərdə iştirakçıların ideyaları üzərindən real misallarla fikir mübadiləsi aparılıb, biznes fəaliyyəti üçün atılmalı olan ilkin addımlar, hazırkı bazar şəraiti və mövcud imkanlar, biznes anlayışı və ümumi strukturu, biznes-planın xülasəsi, təşkilati planın hazırlanması, bazarın araşdırılması, maliyyə planı və analizi, layihə risklərinin qiymətləndirilməsi, investisiyaya çıxış üsulları, biznesə necə başlamaq olar, biznesdə uğurun əldə edilməsi, öz ideyaların reallaşdırılması ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.