Astara rayonunun Kijəbə qəsəbəsindəki Bayraq Meydanında Yeni il, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Kijəbənin 90 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 dekabr tarixində verir.
Tədbirdə Astara RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xanverdi Şirinov, Hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, Ərazi idarəetmə şöbəsinin baş məsləhətçisi Məcnun Cəbiyev, Ərazi idarəetmə şöbəsinin böyük məsləhətçisi Rəşad Həsənov, mədəni-maarif müəssisələrinin işçiləri, qəsəbə ağsaqqalları, şəhid ailələri, müharibə iştirakçıları, qəsəbə sakinləri iştirak ediblər.
