SON XƏBƏRLƏR

Astara çayına narkotik vasitələr ilə dolu 1 ədəd bağlama atılması faktı qeydə alınıb. Bu haqda məlumat bu gün, 21 yanvar tarixində Report.az-da paylaşılıb.

DSX-nin Sərhəd Qoşun­larının “Lənkəran” sərhəd dəstəsinin xidməti əməkdaşları tərəfindən Astara rayonunun Alaşa kəndinin yaxınlığında, 2 nəfər naməlum şəxsin İran tərəfindən Astara çayının sahilinə 1 ədəd bağlama atması halı müşahidə edilib. Ərazi qapadılaraq axtarış əməliyyatları təşkil olunub.

Axtarışlar nəticəsində bağlamanın içərisində 1 kiloqram 590 qram narkotik vasitə aşkar olunaraq götürülüb.