SON XƏBƏRLƏR

Lənkəranlı gənc Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında fəxri kürsüyə yüksəlib. Bu haqda 7 sentyabr tarixində məlum olub.

Rusiyanın Kazan şəhərində keçirilən l MDB Oyunlarında, lənkəranlı gənc koreş yarışlarında bürünc medala nail olub. Elvar Nəhmətzadə 60 kq çəki dərəcəsində Özbəkistanlı rəqibi Abdukodirova qalib gələrək 3-cü yer tutub.

Birinci MDB Oyunlarında Azərbaycan ilə yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan və Ukrayna komandaları iştirak edirlər.

Kazan bu yarışlarda 2 mindən çox idmançını və 600 rəsmi şəxsi qəbul edib.

Atletlər Tatarıstan paytaxtında idmanın 19 növü üzrə mübarizə aparırlar.