SON XƏBƏRLƏR

Lənkəran rayonunda toy mərasimi zamanı qayda və tələblərin pozulması halları qeydə alınıb. Bu haqda bu gün, 25 oktyabr tarixində Report.az məlumat verir.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı “Amin”, “Ulum”, “Starway”, “Boladi”, “Kral” və “Pərvin” şadlıq saraylarının sahibləri cərimələnib.

Məlum olub ki, şadlıq saraylarında keçirilən toy mərasimləri “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməyib. Həmçinin, mərasimdə iştirak edən qonaqların sayı müəyyən edilmiş saydan daha artıq olub.