SON XƏBƏRLƏR

Kənd Təsərrüfatı Nazirliyi cənub bölgəsinin fermerləri də qatıla biləcəyi müsabiqə elan edib. Bu haqda bu gün, 6 oktyabr tarixində nazirliyin rəsmi saytında elan edilib.

Müsabiqədə “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

Ərizə qəbulu prosesi elanın verildiyi tarixdən etibarən başlanır və 5 iş günü ərzində davam edəcək. İştirakçılar ilk öncə ərizələri Dövlət Aqrar İnkişaf Mərkəzlərinə təqdim etməli və ya EKTİS-ə daxil olaraq elektron qaydada qeydiyyatdan keçməlidir.

Müsabiqə iki mərhələdən ibarət olacaq. Hər iki mərhələ üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndiriləcək.

Qalib fermerlər mükafatlandıracaq və sertifikatla tərtif olunacaqlar.