SON XƏBƏRLƏR

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərə kitab hədiyyə edilib. Bu haqda bu gün, 3 dekabr tarixində Cenublu.az Lənkəran – Astara Regional Təhsil İdarəsinə istinadən xəbər verir.

İsveçrədə yaşayan soydaşımız Dilarə Karlen-Süleymanovanın maddi dəstəyi, “Əli və Nino” kitab mağazasının və “Qanun” nəşriyyatının təşkilatçılığı ilə Lənkəran-Astara Regioanal Təhsil İdarəsinin tabeliyində olan məktəblərə şagirdlər üçün müxtəlif sayda kitablar hədiyyə olunub.

Kitablar Cəlilabad rayonu Qamışlıgöl kənd tam orta məktəbi, Lənkəran rayonu Sütəmurdov kənd tam orta, Lerik rayonu Piran kənd tam orta, Masallı şəhər 2 nömrəli tam orta və Yardımlı rayonu Çayüzü kənd tam orta məktəblərinin şagirdlərinə təqdim edilib.