SON XƏBƏRLƏR

Lənkəran rayon Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları işəgötürənlərlə onlayn formatda maarifləndirici görüş keçirəcəklər. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 sentyabr tarixində Dövlət Əmək Müfəttişliyi Xidmətinə istinadən verir.

Belə ki, qurumun əməkdaşları Habil Qasımov və Rasim Rəhimov “Əmək və icra intizamının təmin edilməsi qaydaları. İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti” mövzusunda olan təlimdə 6 sentyabr saat 11:00-da çıxış edəcəklər.

Onlayn tədbirlərdə iştirak etmək istəyən işəgötürənlər qeydiyyatdan keçmək üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə elektron qaydada ([email protected]) müraciət edə bilərlər. Müraciətdə müəssisənin adı, iştirak edəcək şəxsin ad, soyad, ata adı, əlaqə nömrəsi və e-mailinin qeyd olunmağı xahiş olunur.

Qeyd edək ki, onlayn görüşlərdə iştiraka dair link yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər