SON XƏBƏRLƏR

Masallı rayon 1 saylı məktəbin 9-cu sinif şagirdinin intihara cəhd etməsi ilə bağlı araşdırma başlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 yanvar tarixində verir.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, bu hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

“16 yanvar 2023-cü il tarixində, saat 13:00 radələrində Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbin IX sinif şagirdi Məlikzadə Firuzə Məlik qızı özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb. Hadisə baş verdikdən dərhal sonra “103” təcili tibbi yardım briqadasına məlumat verilib və F.Məlikzadə Masallı Rayon Mərkəzi Xəstaxanasına yerləşdirilib. İlkin həkim müayinəsi zamanı məlum olub ki, F.Məlikzadənin vəziyyəti stabildir. Hazırda məktəbli Masallı Rayon Mərkəzi Xəstaxanasının Reanimasiya şöbəsində nəzarətdə saxlanılır və vəziyyəti orta qiymətləndirilir. İctimaiyyətə əlavə məlumat veriləcək”, – deyə qurumdan bildirilib.

Qeyd edək ki, məktəblinin sinif yoldaşı ilə mübahisə etdikdən sonra intihara cəhd etməsi ehtimal olunur.