SON XƏBƏRLƏR

Masallı rayonundan olan gənc Şəhriyar Səmədovun intihar etməsi barəsində xəbər vermişdik. Onun intihar edib-etməməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdur.

Mərhumun atası, Masallı rayonunun  4 saylı (Digah) məktəbinin ədəbiyyat müəllimi, jurnalist Şahin Səmədli Lent.az-a açıqlamasında oğlunun intihar etmədiyini və sifarişlə öldürüldüyünü iddia edib.

“Mənim oğlum Səmədov Şəhriyar İqtisad Universitetinin 4-cu kursunda oxuyurdu. Prezident təqaüdçüsü idi. 685 balla bu ali məktəbə daxil olub. 2019-cu ildə buraxılış imtahanından maksimum 300 bal toplayıb. Yaşının az olmasına baxmayaraq, öz istedadı və savadı ilə tanınırdı.

Onun oktyabrın 6-da gecə saatlarında kirayə yaşadığı mənzildə asılı vəziyyətdə cəsədi tapıldı. Asıldığı turnik o qədər də hündürdə deyildi. Əllərini turnikə atanda ayaqları yerə dəyirdi. Yəni onun özünü asması şübhələr doğurur. Axı niyə özünü assın? İntihar etdiyi gün fakültənin dekanlığından praktika üçün arayış alıb.

Xaricdə magistratura təhsili almağa hazırlaşırdı, yanvar ayında seçim edəcəkdi. Dil səviyyə imtahanının birindən uğurla keçdi. İkincisinə hazırlaşırdı ki, dünyanın daha nüfuzlu universitetlərinə düşə bilsin. Ümumvətəndaşlıq pasportunu götürmək üçün “Asan xidmət”ə müraciət etmişdi. Belə planları olarkən nə baş verdi ki, bu uşaq oktyabrın 6-da intihar etsin? Övladımın intihar etməsi çox şübhəlidir. Ola bilər ki, onu sifarişlə aradan götürüblər, ya da qorxudub intihara sürükləyiblər”.

Qeyd edək ki, Şahin Səmədli istintaq orqanlarına üz tutaraq, oğlunun ölümünün obyektiv və düzgün araşdırılmasını xahiş edib.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon