SON XƏBƏRLƏR

Masallıda gənc intihara cəhd göstərib. Bu haqda bu gün, 16 noyabr tarixində Cenublu.az Oxu.az-a istinadən xəbər verir.

Hadisə rayonun Şərəfə kəndində baş verib. 19 yaşlı Heydər Həsənov yaşadığı evin həyətindəki yarımtikilidə özünü asmaq istəyib. Ailə üzvlərinin sayıqlığı nəticəsində dərhal müdaxilə olunub və gəncin həyatı qurtarılıb.

Gəncin bu yola əl atmasının səbəbi hələlik məlum deyil. Məsələ ilə bağlı araşdırma aparılır.