SON XƏBƏRLƏR

Müğənni İlhamə Qasımova bir müddət əvvəl dünyasını dəyişən atası Hüseynəli ilə bağlı paylaşım edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 mart tarixində verir.

Sənətçi atası üçün çox darıxdığını, onun yoxluğuna öyrəşə bilmədiyini yazıb:

“Pis günlərin ömrü az olur. Allah qara bayram keçirənlərə səbir versin. Bəli, ağırdır, amma Allahın verdiyi ömrü geri aldıqda üsyan etməyə haqqımız yoxdur. Sadəcə çox darıxırıq… Heç vaxt atasız həyatıma öyrəşə bilmərəm… Canım atam, Allah sənə və bütün dünyasını dəyişmiş insanlara rəhmət etsin, günahlarını bağışlasın. Bir daha əzizlərinizin qədrini vaxtında bilin, ürəyinizdəkiləri söyləməyə gecikməyin”.

Qeyd edək ki, Hüseynəli Qasımov uzun müddət Lənkran rayonu Gərmətük kənd məktəbində fransız dili müəllimi kimi fəaliyyət göstərib. Daha sonra o, LDU-da fransiz dili müəllimi çalışıb və oradan da təqaüdə çıxıb.

İlhamə Qasımovanın atası
İlhamə Qasımova