Lənkəran Dövlət Dram Teatrının əməkdaşları Prezidentin mükafatına layiq görülüblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 may tarixində verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İncəsənət xadimlərinin bir qrupuna Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında 6 may 2023-cü il tarixli Sərəncamına əsasən, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Anar Sadıqov, aktyorlardan Miraslan Ağayev və Aynur Əhmədova təltif olunublar.