Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndəsi medalla təltif edilib. Bu haqda bu gün, 26 noyabr tarixində Cenublu.az Lənkəran RİH-yə istinadən xəbər verir.
Prezident İlham Əliyev Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə icra hakimiyyətinin Boladi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hüseynov Nizami Məsi oğlunu mükafatlandırıb. “Dövlət qulluğunda fərqlənməyə görə” medalını N.Hüseynova icra başçısı Taleh Qaraşov təqdim edib. Daha sonra icra başçısı Nizami Hüseynovun fəaliyyəti haqda danışaraq ona öz təşəkkürünü bildirib.