Lənkəran şəhərinin Şiləvar kəndində ikimərtəbəli aynabənddən ibarət olan ev yanıb. Bu haqda məlumat Fövqəlada Hallar Nazirliyinin rəsmi saytında paylaşılıb.
Ümumi sahəsi 384 kv.m olan evin 2-ci mərtəbəsində 1 otaq və 12 kv.m-lik dam örtüyü yanıb.
Hadisə yerinə dərhal FHN-nin əməkdaşları cəlb olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.