SON XƏBƏRLƏR

Bakının mərkəzində baş verən silahlı insidentlə bağlı saxlanılan şəxslərin kimliyi məlum olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 mart tarixində Qafqazinfo-ya istinadən verir.

Şübhəli şəxs qismində tutulan şəxslər Şahmar İsmayılov, Elvin Qasımov (“Emin Naxçıvanski” kimi tanınan Emin Qasımovun qardaşı) və Vüqar Quliyev adlı şəxslərdir. Hadisə zamanı küçədə iki nəfəri silahla yaralayan şəxs isə Şahmar İsmayılov olub.

İddialara görə, kriminal hesablaşma çərçivəsində Şahmar İsmayılov Nicat Lənkəranski (Nicat Əkbərov) və Seymur Həsənovu vurmaq istəyib. Lakin atəş açan zaman hədəfdən yayınıb. Nəticədə iki təsədüfi yoldan keçən şəxs güllə yarası alıb.

*****

Bakı Sirkinin qarşısında baş vermiş silahlı hücumun kriminal aləmdə “Brilyant” ləqəbi ilə tanınan Nicat Lənkəranskiyə qarşı təşkil olunduğu iddia edilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 mart tarixində Qafqazinfo.az-a istinadən verir.

İddialara əsasən, silahlı hücumun sifarişçisi “Emin Naxçıvanski” kimi tanınan Emin Qasımovun qardaşı Elvin Qasımovdur.

Səbəb isə 2022-ci ilin oktyabr ayında Nicat Lənkəranskinin İstanbulun Ataşehir qəsəbəsində Emin Naxçıvanskinin digər qardaşı Elnur Qasımovu Tural adlı killer vasitəsilə öldürtdürməsidir.

Qeyd edək ki, ötən gün Bakıda baş vermiş silahlı atışma nəticəsində iki nəfər xəsarət alıb. Daxili İşlər Nazirliyi cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfərin saxlanıldığını bildirsə də, onların adları hələlik açıqlanmayıb.

Məlumat üçün bildirək ki, Lənkəranda anadan olan Nicat Lənkəranski Rövşən Lənkəraniskidən sonra cənub zonasında çox sürətlə məşhurlaşıb. İddia olunur ki, o, Rövşən Caniyevin adamlarından biri olub. Rövşən Lənkəranksinin vəfatından sonra Lotu Qulinin tərəfinə keçdiyi söylənilən Nicat Lənkəranski bölgədə “Talış Nicat” və “Boksyor Nicat” kimi ad qazanıb. O, boks üzrə dünya çempionudur. Ötən ilin iyun ayında Nicat Lənkəranda yerləşən “Şah” şadlıq sarayında özünə toy edib.

Həmçinin Nicat Lənkəranskinin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyx Allahşükür Paşazadənin bacısı oğlu olduğu söylənilir.