SON XƏBƏRLƏR

Masallı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri şəhərin müxtəlif ərazilərində aparılan yenidənqurma və abadlıq-quruculuq işləri ilə yaxından tanış olublar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarixində verir.

Şura üzvləri RİHB tapşırığına əsasən, “ABAD məhəllə” layihəsinin icra olunduğu binaların həyətlərində aparılan işlərlə yaxından tanış olublar. Sonra isə Səfəralı Məmmədov küçəsi ilə Qarabağ küçəsinin kəsişdiyi ünvanda Fövqəladə Hallar Nazirliyinin Sərəncamına əsasən, qanunsuz tikili sökülərək yerində inşa olunacaq “8 Noyabr – Zəfər günü memorial kompleksi”nin ərazisinə baxış keçiriblər.

Daha sonra Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olan İctimai Şuranın üzvləri Zərifə Əliyeva küçəsində Niyaməddin Sultanzadənin xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa olunmuş abidə – bulaq kompleksini ziyarət ediblər, sözügedən küçədə aparılan asfaltlanma işlərinə nəzər yetiriblər.

Masallı lük
Yollarda vəziyyət

Masallıda açıq vəziyyətdə olan lük təmir olunub

Masallı şəhəri, H.Əliyev prospektində yağış suları üçün nəzərdə tutulan lükün açıq vəziyyətdə olması haqda məlumat vermişdik. Belə ki, Masallı şəhər İcra Hakimiyyətindən verilən məlumata əsasən, köhnə bazarın yaxınlığında, “Bank Respublika”nın