SON XƏBƏRLƏR

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı kəndin artezian quyusuna baxış keçirib. Bu haqda bu gün, 14 mart tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.

Şiləvəngə kəndinə səfər edən Rafiq Cəlilov sakinlərlə görüşüb. Cəlilabad-Yardımlı magistral avtomobil yolunun Şiləvəngə, Abışabad kəndlərindən keçən sağ və sol hissəsində 5 kilometr məsafədə əkilmiş şam ağaclarının suvarılmasını təmin etmək məqsədilə rayonun Şiləvəngə kəndində artezian quyusu qazılıb. Quyu Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı və vətəndaşlar tərəfindən Şiləvəngə bələdiyyəsinə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına ərsəyə gəlib.