SON XƏBƏRLƏR

Masallıda icra başçısı təmir olunan əraziyə baxış keçirib. Bu haqda bu gün, 16 noyabr tarixində Cenublu.az Masallı Xəbərlərinə istinadən xəbər verir.

Araz Əhmədov səyyar qəbul zamanı vətəndaşların müraciətini nəzərə alaraq Rüdəkənar kəndində 2 ədəd transformatorun quraşdırılması və yolların təmir olunması üçün tapşırıq vermişdir. İşlər yekunlaşdıqdan sonra icra başçısı əraziyə baxış keçirib.

Kənd sakinlərinin qayğıları ilə maraqlanan icra başçısı, onların təklif və istəklərini dinləyib. Sakinlərin səsləndirdiyi sel-suların daşmasının qarşısını almaq üçün tədbirlər haqda da söhbət açılıb. Araz Əhmədov həmin məsələnin həlli üçün Viləşçay Su İstismarı İdarəsinin rəisi Rusif Kərimova tapşırıq verib.