SON XƏBƏRLƏR

Hirkan Milli Parkının direktoru Aqil Sucayev və bir neçə əməkdaşının hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı iddia olunur. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 sentyabr tarixində sosial şəbəkələrə istinadən verir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi açıqlama verib. O. qeyd edib ki, Hirkan Milli Parkında ağacların kəsilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır, şübhəli şəxslər dindirilir. Lakin parkın direktoru haqqında yayılan məlumat həqiqəti əks etdirmir.

Aqil Qulam oğlu Sucayev Lerik şəhərində anadan olub. Lerik rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri (2011-2016), Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi (2017-2019), 2019-cu ildə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəis müavini təyin olunub. 2021-ci ildən Hirkan Milli Parkının direktorudur.

Qeyd edək ki, o, Milli məclisin keçmiş deputatı Hüseynbala Mirələmovun bacısı oğludur.