SON XƏBƏRLƏR

Hirkan Milli Parkında məktəblilər üçün tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 noyabr tarixində verir.

“Dəmirağac meşəsinə səyahət” devizi altında keçirilən tədbirdə Xanbulan, Parakənd və Daştatük kəndlərinin orta məktəb şagirdləri iştirak ediblər. Uşaqlar dəmirağac meşələri ilə yaxından tanış olublar. Onlara mütəxəssislər tərəfindən dəmirağacın xüsusiyyətləri bərədə geniş məlumat verilib.

Həmçinin ziyarətçilər üçün digər milli parklara da səfərlər təşkil edilib.

Qeyd edək ki, səfər Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə keçirilib.