SON XƏBƏRLƏR

Hirkan milli parkının idarəetməsinin təkmilləşdirilməsi nəzərdə tutulub. Bu haqda məlumatı bu gün, 8 dekabr tarixində Report paylaşıb.

“Hirkan milli parkı üçün inteqrasiya idarəetməsi planları hazırlanacaq. Həmçinin, xüsusi mühafizə olunan ərazilər üçün dayanıqlı maliyyə strategiyasının hazırlanması nəzərdə tutulub. Məlumdur ki, milli parkın gəliri ancaq ekorturizmdəndir” – deyə o qeyd edib.

“Hirkan milli parkında 70-dən çox kənd yerləşir, həmin kəndlər milli parka təsir edir, bu baxımdan bu kəndlərin Hirkan milli parkına inteqrasiyası nəzərdə tutulur. Həmin kəndlərin əhalisinin iştirakçılığının təmin edilməsi planlaşdırılır, yəni yerli əhalinin parkdan daha təkmilləşmiş şəkildə faydalanması nəzərdə tutulur. Orada yaşayan insanlar milli parkdakı otlaqlardan istifadə edirsə, ona əlavə gəlir yeri, yaxud hər hansı bir dəstəyin göstərilməsi nəzərdə tutulur. Dünyada belə təcrübə var ki, hər hansı milli park ərazisində yerləşən kənddə istehsal edilən məhsul, məsələn bal, elə həmin milli parkın adı altında satılır. Yəni, brend məhsula çevrilir. Bu zaman da kəndli milli parkdan faydalanır. Həmin əhali üçün Hirkan milli parkının potensial imkanları ilə bağlı maarifləndirmənin aparılması da planlaşdırılır” – o əlavə edib.