SON XƏBƏRLƏR

“Vətən müharibəsi” zamanı qəhrəmancasına şəhid olan igidin il mərsimi keçirilib. Bu haqda Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Şəhid Zeynallı Elşad il dönümündə iştirak edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhidin ailəsinə baş çəkib, qayğıları ilə maraqlanıb.

Mərasimdən sonra Sütəmurdov lənd məzarlığında dəfn olunan şəhidin məzarı ziyarət edilib. Ruhuna dualar oxunan şəhidin məzarının qarşısına gül dəstələri düzülüb.

Qeyd edək ki, Elşad Zeynallı Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhadətə ucalmışdır.