SON XƏBƏRLƏR

Lənkəran şəhəri Böyük bazar məscidinin qarşısında şəhidin xatirəsinə bulaq abidəsi açılacaq. Bu haqda bu gün, 27 avqust tarixində Cenublu.az-a məlumat daxil olub.

Vətən müharibəsi iştirakçısı, şəhid Həsənağa Abdullazadənin adına bulaq abidəsinin açılışı olacaq. Alınan məlumata əsasən, açılış mərasimində şəhidin yaxınları və Lənkəran ŞİH nümayəndələri iştirak edəcəklər.

28 yaşlı Həsənağa Abdullazadə 2 oktyabr 2020-ci il tarixində ll Qarabağ döyüşlərində şəhidlik zirvəsinə ucalmışdır.