SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı şəhid Əflatun Fərəcovun ilk mövlud günündə məzarını ziyarət edib. Bu haqda bu gün, 8 oktyabr tarixində İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Başçı Taleh Qaraşov “Vətən müharibəsi” iştirakçısının ailəsinə baş çəkib və qayğıları ilə maraqlanıb. Osaküçə məzarlığında dəfn olunan Əflatun Fərəcovun məzarı ziyarət olunaraq xatirəsi anılıb və məzarının qarşısına gül dəstələri düzülüb.

Qeyd edək ki, ziyarətdə Qafqaz Müsəlmanlar idarəsinin qazisi Haci Sədi Axundzadə də iştirak edib.