SON XƏBƏRLƏR

Lənkəran rayonu Girdəni kəndində şəhid adına bulaq abidəsi açılıb. Bu haqda İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsində dərc edilib.

Emil Qurbanov adına Girdəni kəndi ərazisində  tikilmiş bulağın açılışı olub. Açılış mərasimində Lənkəran ŞİH başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailə üzvləri və qazilər iştirak ediblər.

Lənkəran şəhər 7 saylı məktəbdə bədən tərbiyəsi müəllimi olan Emil Qurbanov, həmçinin Lənkəran Zirvə idman kompleksində trenajor müəllimi idi.

Lenkeran_tv_official-ın verdiyi məlumata görə,  Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun tapşırığına əsasən ll Qarabağ Müharibəsi Şəhidi Baş Leytenant Emil Qurbanovun adina küçə verilib.