SON XƏBƏRLƏR

Lənkəran rayonunun Viyən kəndindən olan 21 yaşlı Salaməddin Nağıyev öz həyatı bahasına 3 qızı xilas edərək Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi tərəfindən medalla təltif olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 oktyabr tarixində verir.

Medal mərhumun atasına Rusiya və Azərbaycanın Xarici İşlər Nazirlərinin iştirakı ilə təqdim olunub.

Salaməddin Nağıyev 2013-cü ildə Lənkərandan Moskvaya atasının yanına gedir. Pexorka çayının ətrafında gəzən gənc 3 qızın batdığını görərək çaya tullanır. O, qızları xilas etsə də, özü boğulur.

Onların batdığı ərazidə çay iki yerə ayrıldığından axtarışlar ləngiyir. Salaməddinin qohumları dalğıclara pul verməyə məcbur olurlar.

Onun cənazəsini yalnız 5 gün sonra tapmaq mümkün olur.

Hadisə şahidləri sosial şəbəkələrdə onun şərəfinə səhifə yaradıblar. Burada hamı ona minnətdarlığını bildirir.