SON XƏBƏRLƏR

Lənkəran Hava Limanının direktoru 40 min manat mənimsəmədə ittiham olunur. Bu haqda bu gün, 8 mart tarixində Cenublu.az Qaynarinfo.az-a istinadən xəbər verir.

Hava Limanının rəisi Anar Axundov Lənkəran şəhər Ağsaqqallar Şurasının sədri Eldar Hüseynovdan 40 min manat alaraq geri qaytarmayıb.

Eldar Hüseynov iddia edib ki, iki il öncə Anar Axundovun səmimiyyətinə güvənərək ona 40 min manat borc verib. Lakin “Azərbaycan Hava Yolları” QSC-nin Lənkəran Beynəlxalq Hava Limanının direktoru 2 ildir ki, onu get-gələ salaraq pulu qaytarmır. Anar Axundov ona ötən ilin oktyabr ayının sonuna kimi borcu ödəyəcəyinə söz versə də, bunu etməyib.

Eldar Hüseynovun məhkəməyə ödədiyi 210 manat dövlət rüsumu və 40 min manatın ödənilməsi üçün məhkəmə iddianı təmin edib.

Lənkəran Beynəlxalq Hava Limanının rəisi Qaynarinfo-ya açıqlamasında faktı təsdiqləyib: “Pulu mənimsəməmişəm. Lazım olub, götürmüşəm. Artıq onu qaytarmağa başlamışam. Bu barədə Eldar Hüseynovun özündən də soruşa bilərsiniz”.

Cahit Bağçı
Aktual

Cənub zonasında yaşayan türk vətəndaşlarının nəzərinə

Cənub rayonlarında yaşayan türk vətəndaşları Türkiyədə keçirilən seçkilərdə iştirak edə biləcəklər. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 mart tarixində verir. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında bildirib ki,