SON XƏBƏRLƏR

“Şahin” hərbi-idman oyununun Lənkəran rayon birinciliyində ilk üç yeri qazanmış komandaların diplomla təltif edilməsi həyata keçirilib. Bu haqda bu gün, 14 aprel tarixində Cenublu.az Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Təltifetmə zamanı Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin və FHN-in Cənub Regional Mərkəzinin diplomları komandaların kapitanlarına təqdim edilib.

10 aprel tarixində Lənkəran Olimpiya İdman Kompleksində təşkil edilmiş hərbi-idman oyununun rayon birinciliyində 1-ci yeri C.Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbi, 2-ci yeri Lənkəran şəhər T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbi, 3-cü yeri isə Lənkəran şəhər R.Məmmədov adına 5 nömrəli tam orta məktəbi tutub.

Məlumat üçün bildiririk ki, 1-ci yeri əldə etmiş komanda 27 aprel 2023-cü il tarixində Abşeron rayonunda keçirilməsi nəzərdə tutulan zona birinciliyinə qatılacaq.