9 May – faşizm üzərində Qələbə Günü münasibətilə tədbirlər təşkil olunub. Bu haqda bu gün, 9 may tarixində Cenublu.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Bir qrup hərbi qulluqçu Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstəsi qoyub. Müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsi ehtiramla yad edilib.