SON XƏBƏRLƏR

Bir aydan çoxdur başladığımız haqq savaşının sonuna yaxınlaşırıq.

Bu gün, 15 noyabr Bakı vaxtı ilə saat 17:30-da Fransa Senatında Azərbaycana qarşı hazırlanmış sanksiya paketi müzakirəyə çıxarılacaq. HƏmin qətnaməyə qarşı Azərbaycan xalqının hazırladığı, lənkəranlı gənc Vəzir Mirzəyevin həmmüəllifi olduğu və Fransanın mesopinions.com saytında yerləşdirilmiş petisiyanı 125 mindən çox insan artıq imzalayıb.

Səsimizə səs verən hər bir vətənpərvər vətəndaşımıza öz təşəkkürümüzü bildiririk.

Bu gün, 15 noyabr tarixində Bakı vaxtı ilə saat 10:00-da Azərbaycan diasporunun nümayəndələri Senatın önündə etiraz aksiyası keçirəcəklər. 17:30-da isə sanksiya Senatda müzakirə olunan zaman Yerevanda, Opera teatrının qarşısında sansksiyanı dəstəkləyən mitinq baş tutacaq. Həmçinin, Senatda baş verən səsvermə monitorlar vasitəsilə yayımlanacaq.

“Uzaqgörməyən” erməni diasporunun nümayəndələri Bakı vaxtı ilə saat 20:30-da Senatın önünüdə toplaşaraq, Azərbaycana qarşı qəbul olunmuş qətnaməyə görə onlara minnətdarlıqlarını bildirmək niyyətindədirlər.

Azərbaycana qarşı olan bu haqsızlığa susmayaq! Əgər aranızda hələ də səs verməyən varsa, o zaman mesopinions.com saytına daxil olub öz haqlı səsinizi dünyaya çatdıra bilərsiniz!

Petisiyanın Azərbaycan dilində imzalanma qaydası

Petisiyanın rus dilində imzalanma qaydası

Petisiyanın türk dilində imzalanma qaydası

Petisiyanın fars dilində imzalanma qaydası

Petisiyanın ingilis dilində imzalanma qaydası

Petisiyanın qazax dilində imzalanma qaydası

Petisiyanın özbək dilində imzalanma qaydası

Bu postun linkini qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Birlikdə biz – qüvvəyik!