SON XƏBƏRLƏR

Lənkəranlı gənc Vəzir Mirzəyevin həmmüəllifi olduğu və Fransa Senatının Azərbaycana qarşı irəli sürdüyü qətnaməyə cavab olaraq yaradılan petisiyanı imzalayanların sayı 100 mini keçdi.

11 oktyabr tarixində başladığımız haqq savaşında Bakı, Moskva, Ankara, Bişkək, Kişinyov, Astana və Köln şəhərlərində yaşayan soydaşlarımız Fransanın səfirlikləri və konsulluğu önündə petisiyaya dəstək aksiyaları keçiriblər.

Sözügedən təşəbbüs Türkiyə, İsrail, Özbəkistan, Qazaxıstan, İran, hətta Fransa mətbuatı tərəfindən işıqladırılıb.

Azərbaycanın məşhur idmançıları, blogerləri də öz dəstəklərini əsirgəməyiblər. Şəhid ailələrinin üzvləri, qazilər və politoloqlar dəyirmi masa ətrafında petisiyanı və Fransa Senatının hazırladığı bu layihəni müzakirə etmək üçün birləşiblər.

Petisiya Fransanın Mesopinions.com saytında “Diqqət mərkəzində” kateqoriyasında 2-ci sırada yer alıb.

Beləliklə, “Biz birlikdə güclüyük” deyərək sayımızı 100 minə çatdırmağa nail olduq!

Lakin bu hələ son deyil! Mübarizəmiz davam edir!

Qeyd edək ki, Fransa Senatı Azərbaycana qarşı hazırladığı sanksiya paketini 15 noyabr tarixində Senatda müzakirəyə çıxaracaq. O zamana qədər sayımızı daha da artıraq!

Əgər Siz hələ də səs verməmisinizsə, o zaman Mesopinions.com saytına keçid alaraq petisiyanı imzalaya bilərsiniz.

Petisiyanın Azərbaycan dilində imzalanma qaydası

Petisiyanın rus dilində imzalanma qaydası

Petisiyanın türk dilində imzalanma qaydası

Petisiyanın fars dilində imzalanma qaydası

Petisiyanın ingilis dilində imzalanma qaydası

Petisiyanın qazax dilində imzalanma qaydası

Petisiyanın özbək dilində imzalanma qaydası

Bu postun linkini qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Birlikdə biz – qüvvəyik!

Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:

#BizAzərbaycanıq, #AzərbaycanıQoruyaq