SON XƏBƏRLƏR

Ölkə ərazisindən qaçaqmalçılıq yolu ilə qanunsuz vasitələrin keçirilməsinin qarşısı alınıb. Bu haqda bu gün, 10 aprel tarixində Cenublu.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aprel ayının 8-də saat 23:30-da “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 15 kq 200 qr narkotik vasitə aşkar olunaraq götürülüb. Aprel ayının 9-da saat 02:20-də Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin və Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində dövlət sərhədindən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan və 77-EX-379 dövlət qeydiyyat nişanlı “Prius” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən Sumqayıt şəhər sakinləri – 1982-ci il təvəllüdlü Əsgərxanov Çoşqun Mehrac oğlu və 1997-ci il təvəllüdlü Şahbazlı Murad Elçin oğlu saxlanılıblar.

Avtomobilə baxış zamanı ümumi çəkisi 22 kq 570 qr narkotik vasitə aşkar olunub.