Lənkəran rayonunun Göyşaban yolunda yerləşən dayanacaq pis vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarixində verir.
Lənkəran konserv zavodunun qarşısında yerləşən dayanacağın şüşələri qırılıb, oturacaqları isə toz-torpaq içindədir. Bu səbəbdən sakinlər məcburən hava şəraitindən asılı olmayaraq, dayanacaqdan qıraqda avtobus gözləməli olurlar.