Lənkəranda kənd məktəbində günü-gündən otaq sayları azalır. Bu haqda bu gün, 14 aprel tarixində Cenublu.az Oxu.az-a istinadən xəbər verir.
Sözügedən məktəb rayonun Göyşaban kəndində yerləşir. Ötən il məktəbdə olan 18 otaqdan 13-də dərs aparmaq mümkün idisə, indi sinif otaqlarından 2-si də artıq sıradan çıxıb. Müəllimlər də, valideynlər də həm uşaqların sağlamlığı, həm də dərsin keyfiyyətinə görə narahatdırlar. Şagird çox, yerlər az, otaqların da sayı azalır.
Üç korpusdan ibarət məktəb binası 1960-cı ildə istifadəyə verilib. 298 nəfər şagirdin təhsil aldığı məktəb 225 yerlikdir.