Prezident İlham Əliyev Gənclər və İdman Nazirliyinin strukturunda dəyişikliklər edilməsi üçün Sərəncam imzalayıb. Bu haqda bu gün, 13 dekabr tarixində Cenublu.az prezident.az-a istinadən xəbər verir.
Sərəncama əsasən, Gənclər və İdman Nazirliyinin cənub üzrə aşağıdakı regional idarəsi yaradılıb:
- Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayon gənclər və idman idarələrinin əsasında Lənkəran−Astara Regional Gənclər və İdman İdarəsi.